hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Bərdədə kişi qudasının yas mərasimində öldü

Bərdədə kişi qudasının yas mərasimində öldü

Bərdənin Güloğlular kəndində qəribə və kədərli hadisə baş verib. 

Unikal.org xəbər verir ki, iki quda bir gündə vəfat edib.
 
Ağdərə rayonunun Sırxavənd kəndindən məcburi köçkün düşərək Bərdə rayonunun Güloğlular kəndində məskunlaşmış Tapdıq Cəfərovun dəfnindən qayıdan kənd sakinləri daha bir ölüm hadisəsinə şahid olublar.

Belə ki, Tapdıq Cəfərovun dəfnindən qayıdan qudası Baloğlan kişi ehsan süfrəsi arxasındaca dünyasını dəyişib.
 
İlkin məlumata görə, Baloğlan kişi şəkər xəstəliyindən əziyyət çəkirmiş. Onun qəfil ölümünə də bu xəstəliyin səbəb olduğu güman edilir.

Cebhe.info


Oxunma sayı: 346