hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Berdıməhəmmədov: "Bir sıra mühüm razılaşmalar əldə etdik"

Berdıməhəmmədov: "Bir sıra mühüm razılaşmalar əldə etdik"

“Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının ən mühüm istiqamətidir. Ölkələrimiz Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verirlər”.

Cebhe.info xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında keçirilən görüşdə bildirib.

“Bütün Xəzəryanı ölkələrin fikrincə Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir. 2018-ci ilin avqust ayında sahilyanı beş dövlətin rəhbərləri tərəfindən Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın imzalanması çoxtərəfli birgə işin nəticəsi idi. Bu Konvensiya Xəzərdə, o cümlədən enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcı oldu. 2019-cu ildə Türkmənbaşı şəhərində keçirilmiş birinci Xəzər İqtisadi Forumunun gedişində biz Azərbaycan Hökumətinin nümayəndə heyəti ilə çox məzmunlu və faydalı danışıqlar apardıq, bir sıra mühüm razılaşmalar əldə etdik. Bu gün biz məhz ikitərəfli münasibətləri ardıcıl olaraq möhkəmlətməyin zəruriliyini şüurlu olaraq anlamağa, Xəzərdə əməkdaşlığın əsas istiqamətləri üzrə uzunmüddətli maraqların üst-üstə düşməsinə, Xəzərdə bizim dövlətlər, digər sahilyanı ölkələr, həmhüdud regionlar və iri beynəlxalq biznes üçün yəqin ki, açılan çox böyük perspektivlərin başa düşülməsinə əsaslanırıq”, - dövlət başçısı deyib.

Cebhe.info


Oxunma sayı: 1134