hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Beren Saat niyə gündəm oldu? - VİDEO

Beren Saat niyə gündəm oldu? - VİDEO

“Netflix Türkiyə”dəki ikinci orijinal serial “Atiye”nin ilk frqamanı yayımlanıb. 

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, Beren Saatın baş rola çəkildiyi serialın fraqmanı yayımlandıqdan sonra aktrisa "Twitter"-də gündəm olub. Ona fanatları #BerenSaat həştəqiylə dəstək olublar.

Aktrisa serialın frqamanını "İnstagram" hesabından da paylaşıb. Paylaşıma qısa zamanda minlərlə bəyəni, tərif dolu şərhlər gəlib. 

Serialın ilk bölümü 27 Dekabr tarixində Netflix-də yayımlanacaq.

Rollarda Beren Saatla yanaşı, Mehmet Günsür, Metin Akdülger, Melisa Şenolsun, Civan Canova və başqaları çəkilib.

Ssenariyə gəlincə isə Anadolu torpaqlarında bir qazıntı zamanı edilən kəşf gənc bir rəssamın (Beren Saat) həyatını dəyişdirir, keçmişiylə bağlı sirrlərin ardınca düşməsinə yol açır.

Cebhe.info


Oxunma sayı: 617