hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Berlin universitetinin professoru MEK-in və Vikipediya könüllülərinin işindən razı qalıb 

Berlin universitetinin professoru MEK-in və Vikipediya könüllülərinin işindən razı qalıb 

Berlin Humbolt Universitetinin professoru Klaudia Luks ötən həftə ölkəmizdə qonaq olub. 

Cebhe.info xəbər verir ki, K.Luks Mərkəzi Elmi Kitabxananın fəaliyyətindən razı qalıb. Professor bildirib ki, Vikipediya könüllülərinn gördüyü işlər təqdirəlayiqdir: 

“Mən elə bir kitabxana tanımıram ki, əvvəllər bunu etmiş olsun və hesab edirəm ki, Mərkəzi Elmi Kitabxana (MEK) bu işin zirvəsindədir. Vikipediya mənim üçün gözəl bir alətdir və bu vasitə ilə ilk tanışlığımdan bütün dünya mənim üçün açılmış oldu. Hesab edirəm ki, kitabxanalar Vikipediya ilə işləməlidilər. Çünki əvvəllər yalnız lüğət və ya ensiklopediyalar vardı və siz informasiya əldə etmək üçün onlardan istifadə edirdiniz. Bir məqalədə oxudum ki, Vikipediyanın keyfiyyəti Britanika ensiklopediyası ilə eyni səviyyəyə çatmaqdadır və ola bilər ki, onların hər birində müəyyən səhvlər olsun, lakin Vikipediyada digər insanların bu səhvləri redaktə etmək imkanı var. Nəticədə siz Britanika  ensiklopediyasından da daha çox məlumatı Vikipediyadan əldə edirsiniz”.

Klaudia Luks bildirib ki, Azərbaycana gəlməzdən öncə Vikipediyada Azərbaycan ilə bağlı bəzi məlumatlara nəzər yetirib və yeni biliklər əldə edib: 

“Bu zaman başa düşdüm ki, burada mənim düşündüyümdən də çox məlumat var. Eləcə də Azərbaycana gəlməzdən öncə öyrəndim ki, Vikipediya sahəsində Azərbaycanda bu fəaliyyət Mərkəzi Elmi Kitabxana tərəfindən dəstəklənir. Mənim məqaləmi də Vikipediyada yaratdıqlarına görə onlara minnətdaram. Mərkəzi Elmi Kitabxananın yaratdığı Vikipediyanın işlək modeli və alqoritmi çox önəmli bir nailiyyətdir və mən elə bir kitabxana tanımıram ki, əvvəllər bunu etmiş olsun. Hesab edirəm ki, MEK bu işin zirvəsindədir. Mən sizin komandanızın nə dərəcədə fəal olduğunu görürəm və buna görə sizi yalnız təbrik edə bilərəm. Mənim Azərbaycan dilində məqaləmin yaradıldığını görəndə çox təəccübləndim və düşündüm ki, bu ideya  haradan gəlib,  bu məqaləni kim oxuyacaq və kimin buna ehtiyacı olacaq? Lakin siz bunu etdiniz, çünki əvvəllər Vikipediyada mənim məqaləm yalnız alman dilində mövcud idi və mən heç bir zaman təsəvvür etməzdim ki, Azərbaycan dilində də məqaləmi yaratdılar. MEK komandası mənim məqaləmi ingilis dilli Vikipediyada da yaratdı. Bu, çox gözəldir və onu göstərir ki, MEK Vikipediya məqalələrinin yaradılmasında çox sürətlidir və dünyaya Vikipediya vasitəsilə məlumatlar ötürür. Bu da onu göstərir ki, MEK bir kitabxana kimi yalnız biliklərin toplanılması deyil, həmçinin yeni biliklərin istehsalı ilə də məşğuldur. Bu, mənim növbəti çıxışlarımda istənilən yerdə haqqında bəhs edəcəyim mükəmməl nümunədir. Deyə bilərəm ki, mən Azərbaycanın həm real, həm də virtual informasiya məkanlarındayam və bu MEK-in fəaliyyəti sayəsində reallaşdı.”

Aydın
Cebhe.info


Oxunma sayı: 312