hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Berlində keçirilən aksiyada 93 polis əməkdaşı xəsarət alıb

Berlində keçirilən aksiyada 93 polis əməkdaşı xəsarət alıb

Almaniyanın paytaxtı Berlində keçirilən etiraz aksiyasında baş verən qarışıqlıqlar zamanı 90-dan çox polis əməkdaşı xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Mayın 15-də Berlində Fələstinə 4 dəstək aksiyası keçirilib. Nümayişlərdən birində vəziyyət gərginləşib – aksiyaçılar polis əməkdaşlarına daş, butulkalar və pirotexniki vasitələr atıblar. Polis bunun qarşısını almaq üçün xüsusi vasitələrdən istifadə edib.

"Asayişin qorunmasını 900 polis əməkdaşı təmin edirdi. Onlardan 93-ü xəsarət alıb", - asayiş keşikçiləri bildiriblər.

Xəsarət alanlardan hər hansı birinin həyatına təhlükənin olub-olmaması barədə məlumat verilmir. Aksiya zamanı 59 nəfər saxlanılıb.

Cebhe.info


Oxunma sayı: 815