hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Beş ildə AÇG-nin iki platformasında hasilat artıb

Beş ildə AÇG-nin iki platformasında hasilat artıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan son beş ildə hasilat 15,7% azalıb.

“Report” BP-nin 2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatına əsasən xəbər verir ki, 2015-ci ildə AÇG-də hasilatın həcmi 231,3 mln barel təşkil etmişdisə, 2019-cu ildə bu göstərici 195 mln barel olub.

2019-cu ildə AÇG-dəki 6 hasilat platformasından dördündə 2015-ci illə müqayisədə hasilat azalıb, ikisində isə artıb.

Belə ki, 2015-ci ildə “Çıraq” platformasında 17,3 mln barel, 2019-cu ildə isə 14,9 mln barel neft hasil edilib. “Mərkəzi Azəri” platforması üzrə 2015-ci ildə hasilat 56,2 mln barel, 2019-cu ildə isə 48,8 mln barel, “Dərinsulu Günəşli” platformasında hasilat 2015-ci ildə 51,6 mln barel, 2019-cu ildə isə 34,8 mln. barel, “Qərbi Çıraq” platformasında 39,9 mln barel, 2019-cu ildə isə 19,6 mln barel təşkil edib.

“Qərbi Azəri” platforması üzrə isə hasilat 2015-ci ildə 40,3 mln barel olmuşdusa, 2019-cu ildə hasilat artaraq 44,3 mln barel, “Şərqi Azəri” platformasında 2015-ci ildə hasilat 26 mln bareldən artaraq 2019-cu ildə 32,6 mln barel təşkil edib.

Cebhe.info


Oxunma sayı: 1508