hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Bəşər Əsəd yola salınır: Onu əvəzləyəcək sirli general, şahzadəylə söhbət və bağlı qaplar arxasındakı sürpriz

Bəşər Əsəd yola salınır: Onu əvəzləyəcək sirli general, şahzadəylə söhbət və bağlı qaplar arxasındakı sürpriz

Rusiya Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmağa hazırlaşır. 

Cebhe.info-nun məlumatına görə, Fransa kəşfiyyatının istefada olan zabiti, Fransa Kəşfiyyat Araşdırmaları Mərkəzinin direktor müavini, İslam terrorizmi və mütəşəkkil cinayətkarlıq üzrə ekspert Alen Rodye “Atlantico” nəşrinə müsahibəsində belə deyib. 

O, artıq varisin adını da açıqlayıb. Ekspert hesab edir ki, Bəşər Əsəd rejiminin dəstək imkanları tükənmək üzrədir: “Suriyanın hökumət qüvvələri daim hücuma məruz qalsalar da, onlar ölkənin şimal-qərbində yerləşən və Türkiyənin dəstəyindən istifadə edən sonuncu müqavimət ocağı İdlibi çıxmaq şərtilə ölkənin bütün qərb bölgəsini nəzarətdə saxlayır. Bu anklavı hərbi yolla tabe etdirmək mümkün deyil.  Çünki Tehran və Rusiya ordusunun rəhbərliyi altında, xarici döyüşçülərin dəstəyi ilə də Suriya qoşunlarının bunun üçün texniki və mülki vəsaiti yoxdur. Düşmən həddən artıq güclüdür, fövqəladə vəziyyətdə isə ona Ankara kömək edəcək. Üstəlik, Türkiyə artıq üç milyon qaçqını qəbul edib və yeni qaçqın axınına sığınacaq vermək iqtidarında deyil. Suriyanın hökumət qoşunlarının bu rayonda hücuma keçməsi faciəvi nəticələrə səbəb ola bilər”, - deyə ekspert qeyd edib.

“ABŞ tədricən Suriyanı tərk edir. Çünki onun bu gün başqa yerlərdə birbaşa maraqları var. Öz növbəsində Türkiyə bütün diqqətini PKK-a verərək cənub sərhədində təhlükəsizliyi təmin etməyə çalışır. İranın Amerika sanksiyaları, Səudiyyə Ərəbistanı və BƏƏ ilə münasibətlərdə artan gərginlikdən dolayı başqa problemləri var. Nəhayət, Rusiya istədiyini alıb. Beləliklə, bütün bunlar ciddi danışıqların başlamasına imkan yaradır, ancaq Əsədsiz”, - deyə Rodye bildirir.

“Problem ondadır ki, Moskvanın nəzərdən keçirdiyi siyasi variant çətinlik yaradır, çünki Əsəd klanına potensial varis namizədlər artıq Qərbin qara siyahısına düşüb və onların Beynəlxalq Cinayət Məhkəməsinin qarşısına çıxmaq perspektivi fon rolunu oynayır”, - nəşrin həmsöhbəti deyib.

Onun sözlərinə görə, Bəşər Əsədin yaxın müşaviri, Hava Kəşfiyyat Qüvvələrinin üzvlərindən və banilərindən biri general- mayor Əli Məmlük  mümkün xələf hesab edilir. O, iyulun 7-də təhlükəsizlik məsələləri üzrə Suriyanın vitse-prezidenti təyin edilib. Əvvəllər Milli Təhlükəsizlik Bürosuna başçılıq edən Məmlük Suriyada bütün xüsusi xidmət orqanlarının işinə nəzarət edib”, - deyə Rodye məlumat verib.

Qeyd edib ki, ümumilikdə Qərb ölkələrinə səfər etmək Məmlükə qadağan edilsə də, onun keçmiş vəzifəsi həm Suriyada, həm başqa yerlərdə bir çox xarici rəsmi şəxslərlə görüşməyə imkan verib: “O, Moskva, Qahirə və Ammanda rəsmi səfərdə olub. Çox güman ki, onu Ankara, Ciddə, hətta Romada da böyük ehtiyatla qəbul ediblər. Bundan başqa, Məmlük Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salmanla görüşüb. Orada generalı ən yaxşı qəbul gözləyib. Hamı bilir ki, şahzadə prezident Donald Trampın etibar etdiyi şəxslərdən biridir. Tramp növbəti 2020-ci il prezident seçkilərində şəxsi uğuru kimi təqdim edə biləcəyi sazişə nail olmaq üçün Avropanın fikrini nəzərə almamağa da hazırdır”.

Rodye xatırladıb ki, ruslar general Məmlükü çox yaxşı tanıyırlar. Belə ki, hələ SSRİ dağılmadan öncə onların uzun illər generalla yaxın münasibətləri olub: “Suriya kəşfiyyatının bütün rəhbər əməkdaşları əvəzlənib. Bu, təsadüf ola bilməz. Bəziləri bunda Suriyada Tehranı geridə qoymağa can atan Moskvanın təsirini görürlər. “Ruslar həqiqətən Suriyanı öz əllərinə alıblar” - indi bunu iddia etmədən öncə gözləmək lazım gələcək. Problem ondadır ki, həmişəki kimi 2011-ci ildən davam edən vətəndaş müharibəsinə görə mülki əhali əvəz ödəyir. Buna son qoymağın vaxtıdır”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3345