hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Beyl Bakıdakı havadan şikayətləndi

Beyl Bakıdakı havadan şikayətləndi

Avro-2020-nin Bakıda keçirilən matçında İsveçrə ilə 1:1-lik heç-heçə edən Uels yığmasının futbolçusu Qaret Beyl açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o, Bakıda havanın çox isti olmasından şikayətlənib:

“Çox yaxşı matç keçdi. Biz öz gücümüzü və klasımızı ortaya qoyduq. Düşünürəm ki, heç də pis başlanğıc deyildi. Lakin Bakıda hava çox istidir və belə oynamaq çətindir”.

Qeyd edək ki, Uels yığması Avro-2020-nin ilk matçında İsveçrə ilə 1:1-lik heç-heçə edib.

Cebhe.info


Oxunma sayı: 672