hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Beyləqanda bıçaqlanma ölümlə nəticələnib

Beyləqanda bıçaqlanma ölümlə nəticələnib

Beyləqanda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

Cebhe.info xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, xəstəxanada tibb bacısı işləyən qadın keçmiş həyat yoldaşı Namiq adlı şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə qısqanclıq zəminində törədilib. Bundan başqa qətl törədən şəxsin bir neçə dəfə keçmiş həyat yoldaşının işdən çıxarılması tələbi ilə xəstəxanaya hücum etdiyi, həmçinin əvvəllər də qayınatasını bıçaqladığı deyilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Elgün Gəncimsoy
Cebhe.info


Oxunma sayı: 1519