hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Beynəlxalq təşkilatlar Ermənistanın hərbi cinayətlərini qəti şəkildə pisləməlidir" - Partiya sədri

"Beynəlxalq təşkilatlar Ermənistanın hərbi cinayətlərini qəti şəkildə pisləməlidir" - Partiya sədri

"BMT, ATƏT, Avropa Birliyi, Avropa Şurası, İslam ölkələri təşkilatı, aparıcı dünya dövlətləri Ermənistanın bu gecə Gəncəyə raket atəşini qətiyyətlə pisləməklə yanaşı, Azərbaycanın apardığı antiterror əməliyyatını açıq və qeyri-şərtsiz dəstəkləməlidirlər".

Cebhe.info xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O, Azərbaycanın haqq səsində Ermənistanın yanında olan ölkələrə səslənib:

"Ermənistan Cənubi Qafqazın Avropa ailəsinin bir üzvü olmasında ən böyük əngəl və maneədir.

Azərbaycanın haqq işini durdurmaq istəyən ayrı-ayrı dövlətlər, atəşkəsə səsləyən tərəflər Ermənistanın bu cinayətindən sonra mövqelərini korrektə etməli, terrorçu rejimin və havadarlarının durdurulması üçün Azərbaycana yardım etməlidirlər. Əks təqdirdə, kimsəyə nə demokratiya, nə də humanizm dərsi keçməyə qalxmasınlar.

Biz bu savaşda hər kəsin kimlərə və hansı məqsədlərə xidmət etdiyini bir daha gördük.

Birliyimizi, təmkinimizi qorumalı, daha sıx birləşməliyik.

Azərbaycan bu davadan qalib çıxmalıdır.
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!

Allah şəhidlərimizə rəhmət, yaralılarımıza acil şəfa versin!"

Naibə
Cebhe.info


Oxunma sayı: 1266

Bizim Telegram səhifəmizi izləyin