hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Beyrutdakı partlayışa görə 19 nəfər həbs edilib

Beyrutdakı partlayışa görə 19 nəfər həbs edilib

Livanın paytaxtı Beyrutda baş verən partlayışla əlaqədar Beyrut Limanının meneceri Həsən Kuraytim və Livan Gömrük direktoru Bedri Zahir həbs edilib.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, bununla da tutulanların sayı 19-a çatıb.

Bildirilir ki, bu gün 5 saatdan çox davam edən dindirmədən sonra sözügedən məmurlar nəzarətə alınıb.

Qeyd edək ki, şəhər valisi Mervan Abbud, partlayışın vurduğu zərərin 10 - 15 milyard dollardan çox olacağını bildirib.

Xatırladaq ki, avqustun 4-də baş vermiş partlayış nəticəsində 154 nəfər ölüb, 5 mindən artıq insan yaralanıb.
Xatirə
Cebhe.info


Oxunma sayı: 2124