hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Beyrutdakı partlayışda 3 mindən çox insan yaralanıb - RƏSMİ

Beyrutdakı partlayışda 3 mindən çox insan yaralanıb - RƏSMİ

Livan paytaxtı Beyrutda baş verən dəhşətli partlayışda minlərlə insanın xəsarət aldığı bildirilir.

Cebhe.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Hazırda bu sayın 3 min nəfərdən artıq olduğu deyilir. Rəqəmlərin dəqiqləşdirilməsi zaman tələb edir.

Səhiyyə naziri Məhəmməd Həsən bildirib ki, bütün xəstəxanalar yaralılarla dolub. Artıq yaralılar şəhərdən çıxarılaraq ətraf bölgələrdəki xəsətxanalara daşınır.

Çox sayda insan hələ ilk tibbi yardım almayıb. Buna görə də ölü sayının artacağı gözlənilir. Xatırladaq ki, partlayış bu gün liman rayonunda baş verib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 3125