hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Beyrutdakı partlayışda “Palmali”nin gəmisi də ziyan görüb

Beyrutdakı partlayışda “Palmali”nin gəmisi də ziyan görüb

Livanın paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış nəticəsində həmin vaxt Beyrut limanında "Palmali Holding"e məxsus “Kapitan Nagdaliyev” gəmisi də olub.

Cebhe.info xəbər verir ki, bu barədə şirkətin mətbuat katibi Fidan Quliyeva bildirib.

““Palmali” şirkətinə məxsus gəminin heyət üzvləri arasında xəsarət alan, yaxud ölənlər yoxdur. Bununla belə, güclü partlayış nəticəsində gəmiyə az da olsa, ziyan dəyib. Verilən məlumata əsasən, “Kapitan Nagdaliyev” gəmisinin 12 heyət üzvü sahilə çıxarılıb. “Palmali” şirkəti gəminin heyəti ilə mütəmadi olaraq əlaqə saxlayır”, - deyə o vurğulayıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2201