hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Bəzi banklar bağlana bilər - Ekspert başqa çıxış yolunun olmadığını deyir

Bəzi banklar bağlana bilər - Ekspert başqa çıxış yolunun olmadığını deyir

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-si bu ilin yanvar-sentyabr aylarını zərərlə başa vurub. 

Bunlar Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "Amrah Bank", "Muğan Bank", İran Milli Bankının Bakı filialıdır. Zərərliliyin ən aşağı həddi Pakistan Milli Bankının Bakı filialında (297 min manat) qeydə alınıb.

Qalan 23 bank isə 2019-cu ilin 9 ayından mənfəətlə çıxıb. Ən çox mənfəət əldə edən bank "Azərbaycan Beynəlxalq Bankı" (322,987 milyon manat), ən az mənfəət əldə edən bank isə "Atabank" (22 min manat) olub.

Zərərlə işləyən bankların taleyi necə olacaq? Onlar bağlana və ya digər banklara birləşdirilə bilərmi?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində zərərlə işləyən bankların sayı çoxdur: 

“Digər tərəfdən zərərlə işləyən bankların arasında fərq qoyulmalıdır. Belə ki, zərərlə işləyən hər bir bankı müflis hesab etmək olmaz. Məsələn, “AGBank” zərərlə işlədiyini açıqlasa da, bu bankın vəziyyəti prinsipcə pis deyil. Həmin bankın zərəri faktiki itgi deyil. Tutaq ki, “AGBank” 100 milyon əmanət cəlb edib və bu qədər də kredit verib. Həmin kreditlərin yarısı qaytarılmayıb və problemli kreditlərə çevirilib. Bunun üçün bank qanunverciliyinə görə, ehtiyat fondu yaratmalıdır. Bank əgər 50 milyonluq ehtiyat fondu yaradırsa, bu bank qanunvericiliyininə görə, zərər kimi görünür. 

Bu vəsaitin qayıdıb-qayıtmayacağı bilinmir, amma gecikməyə düşüb deyə, zərər kimi görünür. Amma “AGBank”-ın verdiyi kreditlər əvvəl-axır girovların satılması yolu ilə olsa belə, qayıdacaq. Bu vəsait qayıdandan sonra zərər aradan qalxacaq. Sadəcə, bankın problemi hazırda əmanətlərlə bağlı yaranır. Əmanətçilər öz vəsaitlərini geri götürmək istədikləri halda bu problem yaradır. Bank terminləri ilə buna likvidillik problemi deyilir”.

Ekspert deyir ki, digər ölkələrdə mərkəzi banklar bu cür banklara kredit verir. 

Onun sözlərinə görə, elə banklar var ki, onların verdikləri kreditlərlə bağlı girovları yoxdur: 

“Bu banklar onsuz da həmin kreditləri geri qaytara bilməyəcək, eləcə də cəlb edilən əmanətləri verə bilməyəcəklər. Bu halda həmin banklar özlərini müflis elan etməlidir və ya başqa bir bank onu alıb, ora vəsait qoymalıdır ki, bankın borclarından çıxsın. Başqa bir banka birləşmə də o deməkdir ki, sağlam bank qeyri-sağlam bankın borclarını bağlayır. Qeyri-sağlam bankların bir-biri ilə birləşməsindən söhbət gedə bilməz. Çünki bu zaman heç nə dəyişmir. Azərbaycanda hazırki vəziyyət odur ki, “batan” banklara pul qoymaq istəyən və ya ona birləşmək istəyənlər yoxdur. Buna görə də verdiyi kreditlər üzrə kifayyət qədər girovu olmayan banklar bağlanmalıdır, onları başqa yolla xilas etmək mümkün deyil”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1442