hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Bəzz yürüşündə saxlanılmış milli fəalın məhkəməsi olub

Bəzz yürüşündə saxlanılmış milli fəalın məhkəməsi olub

Güney azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin Ərdəbil Məhkəməsinin 101-ci şöbəsində mühakimə olunub. 

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, elektron məktub vasitəsi ilə məhkəməyə çağırılan fəal bazar günü, iyunun 16-da prosesdə iştirak edib. Fəal Ərdəbil ETTELAAT İdarəsinin iddiası əsasında dövlət avtomobilini xarab etmə ittihamı ilə mühakimə olunub. 

M.Pərvin 2018-ci il iyul ayında keçirilən Babək qalası yürüşü ərəfəsində İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, sonra müvəqqəti olaraq zəmanətə buraxılıb. ETELAAT  İdarəsi iddia edir ki, M.Pərvin saxlandığı zaman məmura (ETELAAT əməkdaşına) müqavimət göstərib və qarşıdurma yaradaraq dövlət avtomobilinə ziyan yetirib. M.Pərvin məhkəmə iclasında irəli sürülən ittihamların əsassız olduğunu bildirərək bütün iddiaları rədd edib.

Aydın
Cebhe.info


Oxunma sayı: 1684