hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Biləsuvarda yaşayış evində yanğın olub

Biləsuvarda yaşayış evində yanğın olub

Biləsuvar rayonunda birmərtəbli 4 otağlı yaşayış evində yanğın olub.

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi şəhərin A.Qasımov küçəsində 1955-ci il təvəllüdlü Bayramova Rahilə Xanəhməd qızına məxsus evdə qeydə alınıb. Hadisə yerinə Biləsuvar YMH-nin 2 avtomobili cəlb edilib və yanğın söndürülüb.

Yanğın nəticəsində evin bir otağında 3 kvadrat metr sahədə döşəmə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 6553