hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Biləsuvarda həkim səhvi:"Məni narahat etməyin" -BAŞ HƏKİM

Biləsuvarda həkim səhvi:"Məni narahat etməyin" -BAŞ HƏKİM

Biləsuvar rayonunun Xırmandalı kənd sakini, 1985-ci il təvəllüdülü, Qarabağ veteranı Cəmil Nurəddin oğlu Rüstəmov həkim səhlənkarlığının qurbanı olub.

Cebhe.info Nuh.az-a istinadən xəbər verir ki, Cəmilin səhhətti ilə bağlı müraciət etdiyi “həkim” onun kor bağırsağının əvəzinə nazik bağırsağını kəsib.

"2020-ci ilin iyun ayının 26-da özümdə ağrı, sancı hiss etdim. Həmən gün səhər bacımla Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına getdik. Analizlərimi verəndən sonra məni həkim Ziyafət Bayramovun qəbuluna göndərdilər. O, analizlərimə baxıb dedi ki, səndə apendisit-kor bağırsaqdır, narahat olma, sadə əməliyyatdır, get evdə yuyun, qarın hissəni təmizlə, saat 16-00-da gəl, əməliyyat edəcəm. Biz həkimin dediklərini elədik və saat 16-30-da həkim məni əməliyyat etdi. Və buna görə məndən 250, atamdan isə 500 manat aldı. Əməliyyatdan 3 gün sonra həkim məni evə buraxdı. Evdə yaram - əməliyyat yeri partladı və yara yerindən nəcis gəlməyə başladı. Məni təcili xəstəxanaya gətirdilər. Həkim Ziyafət Bayramov məni ikinci dəfə əməliyyat elədi. Vəziyyətim daha da ağırlaşdı. Həkimə dedim ki, əməliyyat yerindən nəcis gəlir, o isə dedi ki, nəcis deyil, çirkdir, sən məndən çox bilirsən? Sonradan məlum oldu ki, Ziyafət həkim kor bağırsaq əvəzinə mənim nazik bağırsağımı kəsib. Mən hazırda yarımcanam”, - şikayətçi bildirib.

Cəmil Rüstəmov Səhiyyə Nazirliyindən, Baş Prokurorluqdan xahiş edir ki, komissiya yaradılsın və günahkar həkim cəzalandırılsın.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xoşbəxt Ağayeva şikayətçinin haqlı olduğunu bildirib: “Qoy məhkəməyə müraciət etsin, ancaq məni narahat etməyin”.

Həkim Ziyafət Bayramov isə deyib ki, Cəmil Rüstəmova kompensasiya olaraq 4 min manat pul təklif edir.

Cebhe.info


Oxunma sayı: 2146