hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Biləsuvarda mikroavtobus yandı

Biləsuvarda mikroavtobus yandı

Bakı-Ələt-Astara avtomagistralının Biləsuvar rayonundan keçən hissəsində mikroavtobus yanıb.

Belə ki, Cəlilabad rayon sakini Vüqar Orduyev sükanı arxasında olduğu mikroavtobusla Astara istiqamətində hərəkətdə olarkən maşının mühərrik hissəsi qəfildən alovlanıb.

Alov tezliklə maşının qarşı tərəfini bürüyüb. Nəticədə, mikroavtobus yararsız hala düşüb. Sürücünün sözlərinə görə, avtomobil sonuncu dəfə Biləcəridə servisdə olub.Yanğının da məhz ustaların təmirdə buraxdıqları ehtiyatsızlıq ucbatından baş verdiyi ehtimal edilir.

Sürücü avtomobilin hansı səbəbdən yanması ilə bağlı müvafiq qurumların mütəxəssislərinə müraciət edib.

Hadisənin dəqiq səbəbi ekspertizanın nəticələrindən sonra müəyyən olunacaq.

Cebhe.info


Oxunma sayı: 452