hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

"Bilirəm, bu sözlərdən sonra məni təhqir edəcəksiniz"

"Bilirəm, bu sözlərdən sonra məni təhqir edəcəksiniz"

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Aslan Hüseynov avtomobil qəzasında dünyasını dəyişib.

Cebhe.info xəbər verir ki, müğənninin ani ölümü sənət dostlarını kədərə boğub. Bir sıra sənət adamları müğənninin ölümü ilə bağı paylaşım edib. Belə ki, müğənni Nadir Qafarzadə "İnstagram" hesabından Aslanın ölümünə kədərlənən ifaçı sənət dostlarına "vaxtında dəyər verərdiniz" deyə səslənib:

"Ölüm gözlə qaş arasındadır. Mehriban olaq, bir-birimizi istəyək, az qarğışlayaq. Bir-birimizi itirəndən sonra deməyək, yaxşı oğlan idi. Ona sağlığında qiymət verək. Bir-birimizi didməyək, parçalamayaq. Aslan, sənə Allah rəhmət eləsin. Bir həftənin içində ananı itirdin. Cənnətdə ananla görüş. Gedən yolun mübarək, haqq dünyasına qovuşdun. Yenə bu videodan sonra paylaşıb, məni tənqid və təhqir edəcəksiniz. Sabah öləndən sonra deyəcəksiniz ki, yaxşı oğlan idi. İndidən deyin ki, yaxşı oğlandır".

Cebhe.info


Oxunma sayı: 540