hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Bill Qeyts indi də yeməyə qarşı çıxdı: “Vətəndaşlarınıza təbii yox, süni ət yedirin” - ÖLKƏLƏRƏ ÇAĞIRIŞ

Bill Qeyts indi də yeməyə qarşı çıxdı: “Vətəndaşlarınıza təbii yox, süni ət yedirin” - ÖLKƏLƏRƏ ÇAĞIRIŞ

Xüsusilə koronavirus pandemiya elan olunduqdan sonra açıqlamaları ilə tez-tez gündəmə gələn Bill Qeyts indi də təbii ətdən imtinaya çağırıb.

Cebhe.info xəbər verir ki, milyarder Bill Qeyts ancaq bu yolla planeti xilas etməyin mümkünlüyünü bildirib.

Onun sözlərinə görə, dünyada 1,4 milyard baş iribuynuzlu mal-qara var. Bu sahə qida tullantılarından sonra atmosferə zərərli qazların buraxılmasına görə ikinci yerdədir. Bu sahədə atmosferə daha az metan qazı buraxalması üçün yemləmədə müasir üsullardan istifadə olunsa da, milyarder bunu yetərli hesab etmir:

"Varlı ölkələr vətəndaşlarının nə yediyinə diqqət etməlidir. Düşünmürəm ki, 80 kasıb ölkənin əhalisi sintetik ət yesin. Ancaq varlı ölkələr 100 faiz sintetik ətə keçməlidir".

Milyarder onu da bildirib ki, ət məhsullarından zülalla zəngin olan digər qidalara keçidi mümkün hesab edir:

"Bu, varlı və orta inkişaf səviyyəli ölkələrə həm də siyasi çağırışdır".

Xəzər

Cebhe.info


Oxunma sayı: 7316