hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Binədə mübahisə etdiyi şəxsi bıçaqlayan şəxs həbs edildi

Binədə mübahisə etdiyi şəxsi bıçaqlayan şəxs həbs edildi

Xəzər rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 21-də DİN-in "102 - Zəng Mərkəzi”nə Südçülük Sovxozu adlanan ərazidə bir nəfərin yaralı halda yerə yıxılması barədə məlumat daxil olub.

Dərhal Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlib və yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Araşdırmalarla həmin şəxsin Binə qəsəbəsində yaşayan Azər Quliyev olduğu, mübahisə zəminində ona bıçaqla xəsarət yetirildiyi müəyyən edilib.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan Aydın Quliyev saxlanılıb. O, törətdiyi əməli etiraf edib.

Cebhe.info


Oxunma sayı: 661