hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Binəli Yıldırım vitse-prezident təyin oluna bilər

Binəli Yıldırım vitse-prezident təyin oluna bilər

23 iyun bələdiyyə seçkilərindən sonra kənara çəkilmiş Binəli Yıldırım aktiv siyasətə geri dönür.

Cebhe.info xəbər verir ki,İstanbul Böyük Şəhər bələdiyyəsinin sədri postu uğrunda mübarizəni CHP-li Əkrəm İmamoğluna uduzduqdan sonra AKP rəhbərliyindən incidiyi deyilən Yıldrıma yeni vəzifə verilə bilər. Türkiyə mətbuatının yazdığına görə Binəli Yıldırım vitse-prezident təyin olunmasına hazırlıq gedir. Qeyd edək ki, Türkiyənin vitse-prezidenti Fuad Oqtaydır. Yıldırımın 2-ci vitse-prezident təyin ediləcəyi gözlənilir.

Ekspertlər hesab edir ki, bununla  prezident Rəcəb Tayyib Ərdoğan seçkidən sonra incimiş Yıldırımın AKP-dən ayrılanlara qoşulmasının qarşısını almaq istəyir.
Aydın
Cebhe.info


Oxunma sayı: 1618