hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

Bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

Ağdaş rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Cebhe.info-nun xəbərinə görə, hadisə şəhərin Cəfər Cabbarlı küçəsi, 2 ünvanında qeydə alınıb.

Belə ki, 1942-ci il təvəllüdlü Qənirə Qurban qızı Şərifova, onun qızı, 1974-cü il təvəllüdlü Məryəm Seyfəddin qızı Məmmədova və nəvələri - 2004-cü il təvəllüdlü Məmmədova Şəfa Vüqar qızı və 2006-cı il təvəllüdlü Məmmədov Sadiq Vüqar oğlu dəm qazından zəhərlənib.

Həmin şəxslər huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Cebhe.info


Oxunma sayı: 1057