hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Bir dairə sədrinin otağından qovduğu adam Qarabağı alacaqmış...

Bir dairə sədrinin otağından qovduğu adam Qarabağı alacaqmış...

Guya Razi Nurullayev deyib ki, Qarabağ üçün döyüşməyək.

Vallah, canının dəyəri, fikrinin qiyməti bir qəpik olmayanların bu avantürasına adamın gülməyi gəlir. Avantüra və şantajınızın heç sərhədi yoxmuə Razi Nurullayev nə deyibə

Qəsdən çaşdıranların yox, çaşdırılanların həqiqəti bilməsi üçün həmin fikrin orijinalını xatırlatmaq istərdik: “Dağlıq Qarabağ münaqişəsinin həlli siyasi və geopolitik cəhətdən Azərbaycanın imkanı xaricindədir. Azərbaycan ordusu günü sabah işğal olunan torpaqları azad etsin. Lakin kim zəmanət verir ki, bir gün sonra azad olunan torpaqlar xarici və ermənipərəst qüvvələrin köməyi ilə geri qaytarılmayacaqə Bəs şəhid olan minlərlə əsgərimizin nəticəsiz yerə axıdılan qanına görə kim cavab verəcəkə “Müharibə edək”, “Torpaqlarımızı azad edək” söyləmək asandır, amma hesabat zamanı gələndə kimin yaxasından tutulacaqə “Müharibə edək” və ya “Mən Qarabağı problemini həll edərəm” deyənlər yaxalarını birmənalı olaraq kənara çəkəcəklər. ABŞ, Rusiya, Fransa, Avropa Birliyinin digər ölkələri, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası ermənipərəst mövqe tutacaq. Heç onlar Ermənistanı işğalçı dövlət kimi də tanımayıblar. Bir də unutmaq olmaz ki, müsəlman ölkələri arasında da həmrəylik yoxdur. Hər gün yüzlərlə müsəlman yüzlərlə müsəlmanı qanına qəltan edir. Bir çox müsəlman ölkələri qeyri-demokratik hakimiyyətlərini qorumaq üçün haqqa göz yuman güclü dövlətlərin sözü ilə oturub dururlar. Umduğumuz bir çox ölkələr isə neytral və gözləmə mövqeyi tutacaq. Yalnız Türkiyə və Pakistana ümid edə bilərik. Amma onlar da çətin qərar verməli olacaqlar. Çünki öz problemləri və münaqişələri kifayət qədərdir”.

Nə var ki, buradaə Qəbahət hardadırə Məgər ABŞ, Rusiya, Fransa, Avropa Birliyi ölkələri Ermənistanı işğalçı dövlət kimi tanıyıb, bizim xəbərimiz yoxdurə Avantüra və ya konteksdən çıxarılmış fikirlərlə nə kimsəni aşağılamaq lazımdır, nə də özünüzü qaldırmağa cəhd edərək vətənpərvərlik rolunu ifa etmək! Çünki bu yalançı cəhd və ifaçılıqla nəyəsə nail olmayacaqsınız. Uzağı başı kəsilmiş kötük kimi elə yerinizdə dayanacaqsınız. Yarımçıq gövdəniz görünsə də, nə budağınız, nə yarpağınız olacaq. Vətənpərvərlik vətənşüvənlik deyil. Vətənpərvərlik xalqın dərdini dərdin bilməkdir, pafosla qulağına səda dəymişlik yox!

Bu pafoslu danışanlar gecə dərə qırağından keçəndə qulağına cin səsi gələnlərə bənzəyir. Hüşəndilər və cinə qonaq oldular! Dərdləri Qarabağ deyil. Dərdi Qarabağ olan ölkədə fikri konteksdən çıxarmaz, hakimiyyətlə bədiyyələşməz, gedib Avropada, Amerikada ATƏT-in, BMT-nin binaları qarşısında ölüm aclığı keçirər. Vətəndaş olaraq, xüsusi təyinatlı biri olaraq Ermənistanın işğalçı dövlət olduğunu sübut edənə kimi Vaşinqtonda Ağ Evin, Parisdə Yelisey Sarayının, Rusiyada Kremlin qabağında etirazlar təşkil edər. Yoxsa, kiminsə fikrini konteksdən çıxarıb, “Dədə, vay, filankəs ermənispərəstmiş ki” qışqırmaz!

Təəssüf ki, bu psevdoqəhrəmanlar, siyasi çəkiləri 200 qram olanlar hələ də pafoslarına uyub, yalançılıq və şantajla baş girləyirlər. Çünki başqa yolları da nə olub, nə qalıb. 2003-cü il seçkilərində öz namizədinin səsini bir dairədə qoruya bilməyən, dairə sədrinin hər kəsin gözü qabağında öz otağından qovduğu birisi Qarabağdan danışanda adamın əti ürpəşir, vallah! Sən - bir dairə sədrinin qarşısında səsini qoruya bilməyən adam, Qarabağdan nə danışacaqsanə Qarabağı alacaqsanmıə Bir dairədən namizədinə səs ala bilməyən, yaxud da aldığı səsi qoruya bilməyən birisi Qarabağı alacaqmış... Pafos yetər ta...

Məhəmməd Əsədullazadə, AXCP sədrinin müavini
Cebhe.info


Oxunma sayı: 36576