hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Bir düşmən, iki silah: Avropada vurulan bu vaksin varlı təbəqə üçündür?

Bir düşmən, iki silah: Avropada vurulan bu vaksin varlı təbəqə üçündür?

Avropada koronavirusa yoluxanların sayı niyə artır?

Son bir ayda Avropada koronavirusa yoluxanların sayı kəskin artıb.

Ümumdünya Səhiyyə Təşkilatı da Avropa ölkələrinin epidemioloji vəziyyətindən narahat olduğunu bildirib:

“Avropa ölkələri məhdudiyyətləri sərtləşdirməsə, regionda qışda koronavirus pandemiyası nəticəsində 500 minə yaxın insan həyatını itirə bilər”.

Son sutka ərzində İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı 12 min 448 nəfər artaraq ümumilikdə 4 milyon 954 min 585-ə çatıb. Bu, mayın 1-dən indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 85 nəfər artaraq 133 min 415-ə yüksəlib.

Almaniyada da vəziyyət ürəkaçan deyil. Noyabrın ilk 10 günlüyündə Almaniyanın səhiyyə naziri vəzifəsini icra edən Yens Şpan Almaniyanın pandemiyanın 4-cü dalğası ilə üzləşəcəyini bildirmişdi.

Polşada da koronavirusa yoluxanların sayında artım müşahidə olunub. Avropanın bir sıra ölkələri son günlər virusa yoluxma hallarının artmasına görə koronavirus əleyhinə tədbirləri sərtləşdiriblər.

Xatırladaq ki, Avropa ölkələri bəzi vaksinləri tanımır, “CoronaVac” və “Sputnik V” vaksinindən istifadə edənlərə girişi qadağan ediblər. Avropalılar daha çox “Pfizer və BioNTech” vaksinlərindən istifadə edirlər. Bunu həmin vaksinlərin virusa qarşı daha dözümlü və qoruyucu olması ilə əlaqələndirirlər.

Bəs niyə Avropa ölkələrində vəziyyət gərginləşib? Belə çıxır ki, ən seçilmiş vaksin belə vəziyyətə kömək eləmir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan həkim-infeksionist Nəsib Həsənli yaranmış vəziyyətə hamının vaksin olunmamasını səbəb göstərib:

"Avropada yoluxma sayı təkrar artsa da, reanimasiyadakı xəstə və ölüm sayları azalır. Bu isə vaksinin faydalı olduğunu göstərir. Vaksin yoluxma sayına az fayda göstərsə də, statistik olaraq ağırlaşma hallarını azaldır".

"Azərbaycan Həkimləri" İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm isə hesab edir ki, buna səbəb vaksinlərin keyfiyyətli olmamasıdır:

"Mənim fərziyyəmə görə, Avropa istehsalçıları avropalıların istifadə etdiyi vaksinləri iki variantda istehsal ediblər: A və B variantı. A variantı daha keyfiyyətli və elit, varlı təbəqənin istifadəsi üçün, B variantı isə digər insanlar üçün nəzərdə tutulub. B variantı ilə vaksinləşmə daha çoxdur. Düzgün təhlil aparsalar görərlər ki, yoluxanların daha çox hissəsi digər təbəqənin nümayəndələridir".

Günay Şahmar
Cebhe.info


Oxunma sayı: 705