hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bir gündə 789 nəfər yoluxdu

Bir gündə 789 nəfər yoluxdu

Misirdə COVID-19 virusundan ölənlərin sayı 797 nəfərə çatıb. Son sutka ərzində bu ölkədə daha 14 pasiyent vəfat edib.

Cebhe.info xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi mayın 26-da ölkədə COVID-19 virusuna 789 yoluxma halının qeydə alındığını bildirib. Məlumatda koronavirusa yoluxanların ümumi sayının 18 756 nəfərə çatdığı qeyd olunub. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 127 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 5027 pasiyent tam müalicə olunub.

Misir hökuməti Ramazan bayramından sonra da pandemiya əleyhinə tədbirləri davam etdirəcəyini açıqlayıb. Belə ki, mayın 30-dan etibarən insanların sosial məsafə qaydalarına riayət etməsi, tibbi maska taxmasına nəzarət gücləndirilir. İyunun ortalarında isə idman klubları və gənclər mərkəzlərinin açılması nəzərdə tutulur. Bu obyektlərdə sanitar qaydalara ciddi əməl edilməsinə nəzarət həyata keçiriləcək. Eyni zamanda, otellərin və turizm obyektlərinin də fəaliyyəti bərpa ediləcək.

Cebhe.info


Oxunma sayı: 903