hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

"Bir neçə gün öncə Ramizlə əlaqə saxlayanda demişdi ki..." - Xalq artisti

"Bir neçə gün öncə Ramizlə əlaqə saxlayanda demişdi ki..." - Xalq artisti

"Bir neçə gün öncə Ramizlə əlaqə saxladım. O, mənə hər şeyin yaxşı olacağını və sağalandan sonra mütləq görüşəcəyimizi bildirmişdi".

Bu sözləri Unikal.org-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib.

O, həmçinin Ramiz Əzizbəylinin dəfn mərasimində iştirak edə bilmədiyi üçün təəssüf hissi keçirdiyini dilə gətirib:

"Pandemiya ilə əlaqədar risk qrupa aid olduğum üçün dəfn mərasimlərində iştirak etmirəm. Bunu yaxınlarım, sənət dostlarım da bilir. Buna görə çox təəssüflənirəm. Ramiz Əzizbəyli böyük sənətkar idi. Ramizlə "Bəyin oğurlanması" filmində bir çalışmışıq. Hər zaman deyib-gülən, şən əhval-ruhiyyəli insan idi. Onu yaxından tanıdıqca "Bir insan necə yorulmaz?!" deyə fikirləşirdim. Daim çalışırdı, mübarizə aparırdı. Amma son dönəmlər səhhətində yaranan problemlərə qalib gələ bilmədi".

Cebhe.info


Oxunma sayı: 485