hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bir tərəfdə “kovid pasportu”, bir tərəfdə yeni il şənlikləri: İkisi bir arada və eyni ölkədə

Bir tərəfdə “kovid pasportu”, bir tərəfdə yeni il şənlikləri: İkisi bir arada və eyni ölkədə

Böyük Britaniyada koronavirusa qarşı peyvənd olunan şəxslərə xüsusi sənəd verilməsi müzakirəyə çıxarılır.

Cebhe.info xəbər verir ki, bu barədə “The Sunday Times" yazıb. Nəşrin yazdığına görə, yeni tip koronavirusa qarşı peyvənd olunan şəxslərə "kovid pasportu" adlandırılan sənəd verilə bilər. Məsələ artıq sabah- 23 noyabrda parlamentin müzakirəsinə çıxarılacaq.

Baş nazir Boris Conson da ölkədə ümumi karantinin bitdiyini və lokal məhdudiyyətlərin qayıdacağını bəyan edəcək.

Yeni il mərasimlərində əhaliyə böyük olmayan qruplarla toplaşmaq icazəsi veriləcək. Daha sonra isə ciddi tədbirlər yenidən qüvvəyə minəcək. Bu tədbirlər yaza qədər qüvvədə olacaq.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1563

Bizim Telegram səhifəmizi izləyin