hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Birdəfəlik ödəniş veriləcək neçə şəhidin vərəsəsi pul alıb? - SON RƏQƏM

Birdəfəlik ödəniş veriləcək neçə şəhidin vərəsəsi pul alıb? - SON RƏQƏM

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 12 268 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub.

Nazirlikdən Cebhe.info-ya verilən məlumata görə, birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər görülür:

"Birdəfəlik ödəmə hesablarına köçürüldükdən sonra bu barədə onların telefon nömrələrinə mesajla bildiriş göndəriləcək.

Bu günədək 11 294 şəhidin 16 764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi təmin edilib.

Beləliklə, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminat proqramının icrası 92,1 faizə çatıb".

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin (o cümlədən vərəsələri 11 000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələri də aid edilib.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 991