hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Birləşmənin 30-cu ilində: Yəmən yenidən parçalanır

Birləşmənin 30-cu ilində: Yəmən yenidən parçalanır

1990-cı il mayın 22-də Şimali və Cənubi Yəmənin birləşməsindən 30 il sonra ölkənin yenidən bölünmə çağırışları artmağa başlayıb.

Cebhe.info-nun məlumatına görə, ölkə faktiki olaraq üç qüvvənin nəzarət zonasna aytılıb. Bir tərəfdən İranın dəstəklədiyi husilərlə müharibə edən qanuni hökumət, digər tərəfdən BƏƏ-nin dəstəklədiyi separatçılara qarşı mübarizə aparır. Ölkənin İranın və BƏƏ-nin əli ilə parçalanmasına baxmayaraq, hökumət vahid dövlət və bir bayraq uğrunda səy göstərir.

Müvəqqəti paytaxt Ədəni və onun cənubundakı şəhərləri tutan qiyamçıların Cənubi Keçid Şurası ölkənin parçalanmasında təkid edir.

Qeyd edək ki, 2017-ci ilin əvvəlində BƏƏ-nin dəstəsi ilə yaradılan Cənubi Keçid Şurası ötən ilin avqust ayında Ədən uğrunda gedən döyüşlərdə hökumət qüvvələrini məğlub edib.

Buna baxmayaraq, Yəmənin qanuni hakimiyyəti Ədənin cənubundakı neftlə zəngin Şəbvə vilayətini separatçılardan geri ala bilib. Aydarus əz-Zubeydinin başçılıq etdiyi CKŞ isə 2020-ci il aprelin 26-da özünü müstəqil dövlət elan edib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 705