hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

"Biz Moskvaya zamanında dəqiq siqnal göndərsəydik, bu, baş verməzdi” - NATO-dan Gürcüstanla bağlı açıqlama

"Biz Moskvaya zamanında dəqiq siqnal göndərsəydik, bu, baş verməzdi” - NATO-dan Gürcüstanla bağlı açıqlama

"Əgər 2008-ci ildə biz Gürcüstana üzvlüklə bağlı fəaliyyət planını versəydik, o zaman Rusiya bu ölkəyə hücum etməzdi".

Axar.az xəbər verir ki, bunu Gürcüstanın "Birinci kanal”ına müsahibəsində NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib. Onun sözlərinə görə, NATO 2008-ci ildə keçirdiyi Buxarest sammitində səhvə yol verdi:

"Bu, səhv idi. Mən Gürcüstan və Ukraynaya alyansa üzvlüklə bağlı fəaliyyət planının təqdim edilməsini dəstəkləyirdim, amma təəssüf ki, NATO-nun səfirləri konsensusa nail olmadılar. Bununla biz təhlükəli mesaj göndərmiş olduq. Putin və Medvedyevə göstərdik ki, NATO çox zəifdir. Bunun nəticəsində 2008-ci ildə onlar Gürcüstana hücum etdilər və Abxaziya ilə Cənubi Osetiyanı işğal etdilər. Biz Moskvaya zamanında dəqiq siqnal göndərsəydik, bu, baş verməzdi”.

Cebhe.info


Oxunma sayı: 483