hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Bloqqer “Azərsu”yun qarşısına getdi: “Çimməyə və evə su aparmağa gəlmişəm” - VİDEO

Bloqqer “Azərsu”yun qarşısına getdi: “Çimməyə və evə su aparmağa gəlmişəm” - VİDEO

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahla bağlı videoları ilə tanınan videobloqqer Ərtoğrul Kamalov “Azərsu”nun iş rejimindən narazılıq edib.

O, yaşadığı ərazidə həftədə maksimum 3 dəfə suyun gəldiyini, qalan günlərdə isə suyun verilmədiyini bildirib.

Cebhe.info xəbər verir ki, videobloqqer hazırda “Azərsu”nun 20 yanvardakı Baş İdarəsində canlı yayım vasitəsilə şikayətini bildirir.

Ərtoğrul Kamalov quruma 3 butulka ilə gedərək evə su aparmaq üçün haradan su doldurmaq lazım olduğunu soruşub. Məlumat üçün qeyd edək ki, tanınmış aktyor bildirmişdi ki, əgər suyun verilməsi təmin edilməsə, qurumun qarşısında çiməcək.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 2212