hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

BMT Baş Assambleyasında sədrlik Türkiyəyə keçir

BMT Baş Assambleyasında sədrlik Türkiyəyə keçir

BMT Baş Assambleyasının (BA) 75-ci sessiyasınını sədri Volkan Bozkır sentyabrın 15-də vəzifələrinin icrasına başlayacaq.

194 ölkənin təmsil olunduğu BMT Baş Assambleyasına sədrliyin Türkiyəyə ötürülməsi mərasimi təşkilatın Nyu-Yorkdakı mənzil qərargahında keçiriləcək.

Volkan Bozkıra sədrlik BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri Muhəmməd-Banda Ticanidən keçəcək.

Daha əvvəl 178 ölkənin nümayəndəsi BA-nın 75-ci sessiyasının sədri olaraq Türkiyə təmsilçisinin namizədliyini dəstəkləyərək ona səs verib.

Türkiyənin BMT-dəki belə yüksək postdakı ilk təmsilçisinin mandatı 2021-ci ilin sentyabrında başa çatacaq.

Qeyd edək ki, hər il sentyabrda təşkilata üzv dövlətlərin nümayəndələri Baş Assambleyada iştirak etmək üçün Nyu-Yorka toplaşırlar. Amma 75-ci sessiya əvvəlkilərdən fərqli olacaq. Koronavirus pandemiyası səbəbindən BA-nın 75-ci sessiyası sentyabrın 22-də videokonfrans rejimində açılacaq.

1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən, yaradılan Baş Assambleya BMT-nin əsas müzakirə, direktiv və nümayəndəli orqanıdır/Report.

Cebhe.info


Oxunma sayı: 837