hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir

BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir

BMT Baş Assambleyasının Prezidenti, 75-ci Sessiyanın Sədri Volkan Bozkır bu gün Azərbaycana gəlir.

Bu barədə APA-ya BMT Baş Assambleyasının Prezidentinin mətbuat katibi Brenden Varma deyib.

Onun sözlərinə görə, Volkan Bozkır bu gecə Bakıya gələcək.

O, Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Səfər aprelin 9-da başa çatacaq.

Qeyd edək ki, BMT Baş Assambleyasının Prezidenti daha öncə Türkiyə və Qətərə səfər edib.

Cebhe.info


Oxunma sayı: 749