hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

BMT-də Belarus hakimiyyəti və müxalifəti arasında qarşıdurma

BMT-də Belarus hakimiyyəti və müxalifəti arasında qarşıdurma

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasında Belarusal bağlı qalmaqal yaranıb.

Cebhe.info-nun məlumatına görə, Belarusun nümayəndəsi prezidentliyə sabiq namizəd, müxalifət lideri Svetlana Tixanovskayanın videoçıxışını dayandırmağı tələb edib.

Rusiya, Çin və Venesuelanın BMT-dəki daimi nümayəndələri də Belarusu dəstəkləyib.

Videobağlantı vasitəsilə verdiyi açıqlamada Tixanovskaya Belarusdakı vəziyyətə beynəlxalq müdaxilənin zəruriliyini bildirib və insan haqlarının pozulması faktlarını müəyyənləşdirmək üçün ölkəyə təcili monitorinq missiyasını göndərməyə çağırıb.

Eyni zamanda o, təkararən bəyan edib ki, respublikadakı vəziyyəti nizama salmaq üçün rəsmilərlə dialoq aparmağa hazırdır.

“Mən ölkəmizə təsir edən böhranın dinc həlli üçün hakimiyyət ilə dialoq aparmaq istəyimizi bir daha qeyd edirəm. Biz, belarusların demokratik əksəriyyəti, qanunun aliliyi və demokratik dəyərlərə və dinc dialoqa sadiq olduğumuzu dəfələrlə bildirmişik”, - deyən xanım Tixanovskaya bildirib.

Tixanovskaya Belarus müxalifətinin tələblərinin beynəlxalq hüquq normalarına uyğun olduğunu xatırladıb.

O, xüsusilə dinc insanlara qarşı zorakılığa son qoymağa, siyasi məhbusları azadlığa buraxmağa və Belarusdakı vəziyyətlə əlaqədar BMT-nin Xüsusi Məruzəçisini ölkəyə buraxmağa çağırıb.

Öz növbəsində, Belarusun BMT-dəki daimi nümayəndəsi Yuri Ambrozeviç Tixanovskayanın çıxışını kəsməyi tələb edib.

Diplomat bildirib ki, rəsmi Minsk BMT İnsan Hüquqları Şurası ilə qarşılıqlı münasibətdə mövqeyini dəyişə bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1750

Bizim Telegram səhifəmizi izləyin