hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

BMT İsraildən Holan yüksəkliklərini tərk etməsini tələb etdi

BMT İsraildən Holan yüksəkliklərini tərk etməsini tələb etdi

BMT Baş Assambleyası İsraildən işğal edilmiş Holan yüksəkliklərini tərk etməyi tələb edən qətnamə qəbul edib.

RİA Novosti xəbər verir ki, qətnamənin lehinə 91, əleyhinə 9 dövlət səs verib, daha 65 ölkə isə bitərəf qalıb.

Sənədə əsasən, İsraildən Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Suriyanın Holan yüksəkliklərindən geri çəkilməsi tələb edilir.

Bildirilir ki, İsrailin 1981-ci ildən işğal etdiyi Holan yüksəkliklərində öz qanunlarını, yurisdiksiyasını və idarəetməsini təyin etməsi ilə bağlı qərarı etibarsızdır və heç bir hüquqi qüvvəyə malik deyil.

Qətnamənin müəllifləri yüksəkliklərin işğalını regionda sülhün və ədalətin bərqərar olmasına maneə hesab edirlər.

 Cebhe.info


Oxunma sayı: 529