hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

BMT rəsmisi: "Azərbaycan COVID-19-un ikinci dalğası zamanı Gürcüstanı xilas etdi"

BMT rəsmisi: "Azərbaycan COVID-19-un ikinci dalğası zamanı Gürcüstanı xilas etdi"

“İkinci dalğa zamanı Azərbaycan faktiki olaraq Gürcüstanı xilas etdi”.

Bunu gürcüstanlı mütəxəssis, BMT baş katibinin səhiyyə üzrə müşaviri Giorgi Pxakadze deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən verilən tibbi oksigen olmasaydı, Gürcüstanda qurbanların sayı daha da çox olardı.

“Hazırda Gürcüstanda vəziyyət siyasi vəziyyətin hələ də çətin olduğu bir çox ölkədəki kimidir. Siyasətçilər hər şeyin qaydasında olduğunu göstərməyə çalışırlar, amma bu, belə deyil. Əhalinin 90 faizi təhlükəsizlikdə olmaq üçün aşılanmalıdır. Epidemiyaya baxmayaraq, ölü sayının artması gözlənilmir, çünki bu virusla necə mübarizə aparacağımızı bilirik”, – Pxakadze bildirib.

“Koronavirusun ikinci dalğası zamanı Gürcüstana kömək etdiyi üçün Azərbaycana təşəkkürümü bildirmək istəyirəm. Faktiki olaraq, bu ölkənin sayəsində sağ qala bildik. Ötən ilin noyabrında gün ərzində təxminən 7000 yoluxma olduğu zaman Azərbaycan Gürcüstandakı xəstəxanalara oksigen tədarük edirdi. Azərbaycan olmasaydı, Gürcüstanda ölümlərin sayı çox yüksək olardı”, – Giorgi Pxakadze deyib/Report.

Cebhe.info


Oxunma sayı: 749