hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

BMT təcili toplanır: Ukrayna müzakirə olunacaq

BMT təcili toplanır: Ukrayna müzakirə olunacaq

BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək.

Cebhe.info xəbər verir ki, məqsəd Ukraynada qəbul edilən “Dövlət dili haqqında” Qanunun müzakirəsidir. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bu barədə məlumat verib.

Onun sözlərinə görə, iclas bu gün Moskva vaxtı ilə 22.00-da başlayacaq. Rusiya qanunun Minsk razılaşmasının ruhu ilə ziddiyət təşkil etdiyi qənaətindədir.

Sözügedən qanun Ukraynada iyulda qüvvəyə minəcək. Sənədə əsasən, Ukrayna dilindən başqa dillər ancaq məişətdə və dini mərasimlərdə istifadə oluna bilər.

Yeni seçilən prezident Vladimir Zelenski qanunun konstitusiyaya uyğunluğunu araşdırmaq niyyətindədir.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1981