hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

BMTM ilə RONDELİ Fondu arasında Anlaşma Memorandumu imzalanıb

BMTM ilə RONDELİ Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (RONDELİ Fondu) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Cebhe.info xəbər verir ki, memorandumu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Ekaterina Metreveli imzalayıblar.

Anlaşma memorandumu iki beyin mərkəzi arasında ekspertlərin, araşdırmaların mübadiləsini, birgə araşdırmaların aparılmasını, birgə konfransların təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. 

Müzakirələr zamanı BMTM-in sədri Fərid Şəfiyev rəhbərlik etdiyi mərkəz barədə məlumat verib, yeni yaranmış qurumun gələcək planları barədə danışıb. Bu baxımdan Gürcüstanla əlaqələrin və bu ölkənin beyin mərkəzləri ilə əlaqələrin xüsusilə vacib olduğunu bildirib.

Həmçinin müzakirələr zamanı Gürcüstanla Azərbaycan arasında əlaqələrin tarixi köklərindən və iki ölkə arasında əməkdaşlığın əhəmiyyətindən danışılıb. Bildirib ki, Gürcüstana səfərin məqsədi RONDELİ Fondu ilə əməkdaşlığa yeni təkan vermək, siyasi, iqtisadi, mədəni, ticari, humanitar və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaqdır.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 562