hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

BMU ikili diplom proqramı ilə bağlı müsabiqə elan edib

BMU ikili diplom proqramı ilə bağlı müsabiqə elan edib

Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə əlavə sənəd qəbulu elan edilir.

Cebhe.info xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Sənəd qəbulu üzrə son müraciət sentyabrın 20-sidir.

Qeyd edək ki, sözügedən proqram çərçivəsində bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcək.

Naibə
Cebhe.info


Oxunma sayı: 738