hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

BNA dünən dayanacaqlardakı sıxlığa aydınlıq gətirdi - SƏBƏB

BNA dünən dayanacaqlardakı sıxlığa aydınlıq gətirdi - SƏBƏB

"Ötən gün axşam saatlarında (saat 18:00-20:30 aralığında) müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında ciddi gecikmələr müşahidə olunub. Nəticədə sərnişin tələbatı yüksək olan dayanacaqlarda sıxlıqlar yaranıb".

Cebhe.info xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O qeyd edib ki, sərnişinlərimizin narahatlığına səbəb olan bu vəziyyətin yaranması axşam pik saatlarında əsas küçə və prospektlərdə tıxacların olması ilə əlaqədardır:

“Xətlərə adi rejimlə müqayisədə 13-15% artıq avtobus cəlb olunmasına və daha 70 avtobusun isə ehtiyyat kimi xətlərə çıxarılmasına baxmayaraq avtobuslar tıxacda qalaraq təyinat yerlərinə vaxtında çata bilməyib.

Məsələn “Koroğlu”-“28 May” istiqamətində hərəkət edən 8-ə yaxın müntəzəm və ekspres xətlər üzrə təxminən 50-dan artıq avtobus bir saatdan da artıq müddətdə sıxlıqda qalıb. Bu hal “28 May” m/st-nın ətrafı da daxil olmaqla “Koroğlu” m/st-na qədər bütün dayanacaqlarda sərnişinlərin uzun müddət avtobus gözləməsinə səbəb olub. Eyni vəziyyət Əhmədli-Q.Qarayev-Z.Bünyadov-20 Yanvar dairəsi və əks istiqamətində də müşahidə edilib”,-deyə qurum rəsmisi əlavə edib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3510

Bizim Telegram səhifəmizi izləyin