hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Böhrandan 5 dəfə artıq: Turizm rekord məbləğdə pul itirib

Böhrandan 5 dəfə artıq: Turizm rekord məbləğdə pul itirib

Turizm sektoru pandemiya səbəbindən olduqca böyük vəsait itirib. Koronavirus dünya üzrə turist səfərlərini 65 faiz azaldıb.

Cebhe.info xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatt məlumat yayıb.

Məlumatda bildirilir ki, 2020-ci ildə itki dünya böhranının müşahidə olunduğu 2009-cu illə müqayisədə 5 dəfə artıqdır. Beləliklə, pandemiya turizm sektoruna 460 milyard dollar ziyan vurub.

Koronavirusdan daha çox əziyyət çəkən bölgə Asiya olub. Bura turist səfərləri 72 faiz azalıb. Avropada bu rəqəm 66 faiz olub.

Afrika və Yaxın Şərqdə bu rəqəm 57 faizdir. Amerikaya isə turist səfərləri 55 faiz azalıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2674