hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Bölgələrdə təhsil: “Təhsil inkişaf etməsə...”

Bölgələrdə təhsil: “Təhsil inkişaf etməsə...”

“Bölgələr üzrə təhsilin inkişafında qeyri-bərabərliyin müntəzəm olaraq ölçülməsi, nəticələrin ictimai müzakirəsi son dərəcə vacibdir.

Təhsil inkişaf etməsə, orta və uzunmüddətli dövrdə Azərbaycanda hazırda bölgə inkişafında mövcud olan fantastik qeyri-bərabərliyi aradan qaldırmaq mümkün olmayacaq. İqtisadi inkişafdakı qeyri-bərabərliyin miqyasına baxın, özünüz nəticə çıxarın: ölkənin milli gəlirinin tam 80 faizi coğrafi olaraq ölkə ərazisinin 5 faizdə, milli gəlirin 20 faizi isə 95 faiz ərazidə formalaşır”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

İqtisadçı qeyd edib ki, ölkə əhalisinin 40 faizə qədəri coğrafi olaraq ərazisinin təxminən 5 faizində məskunlaşıb:

“Bu mənzərərinin təhsildə də qeyri-bərabərlik yaratması qaçılmazdır. Bəs bu nəticəni necə ölçmək olar? Çoxsaylı indikatorlardan istifadə etməklə "qeyri-bərabərlik" əmsalı da hesablamaq mümkündür.

Amma indilikdə daha asan yolla gedərək yalnız 1 göstəricidən istifadə etməklə real mənzərəyə baxmaq mümkündür - hər bir bölgə üzrə məzunların əhalinin hər 10 000 nəfəri hesabı ilə universitetlərə qəbul sayını hesablamaqla.

Aşağı və yuxarı göstərici arasında təxminən 12 dəfə fərq var. Məsələn, Bakı, Sumqayıt və Naxçıvan şəhərləri, Abşeron, Zəngilan və Qubadlı rayonları üzrə hər 10000 nəfərə universitetə daxil olan məzun sayı 60 nəfər olduğu halda Daşkəsən üzrə həmin göstərici 5 nəfər təşkil edir. Yaxud bu göstərici Ağsu, Hacıqabul, Saatlı, Sabirabad, Cəlilabad, Lerik rayonları üzrə 15-17 nəfər, Gəncə, Oğuz, Qazax, Qəbələ üzrə 30-45 nəfər arasında dəyişir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 562