hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bölgəni təhdid edən erməni terroru: “Beynəlxaq təşkilatlar onlara heç bir təzyiq göstərmir” - Aqil Abbas

Bölgəni təhdid edən erməni terroru: “Beynəlxaq təşkilatlar onlara heç bir təzyiq göstərmir” - Aqil Abbas

Sentyabrın 27-də Ermənistan ordusunun cəbhə xətti boyunca törətdiyi təxribatlara cavab olaraq Azərbaycan əks hərbi hücumlara start verdi.

Müdafiə Nazirliyinin rəsmi məlumatına görə döyüşlər hazırda cəbhə boyu davam edir. Son rəsmi xəbərə görə, 7 kənd işğaldan azad olunub, Talış kəndi ətrafında bir neçə yüksəklik işğalçı qüvvələrdən təmizlənib:

"Həmişə olduğu kimi, Ermənistan itkilərinin sayını gizlədir. Düşmənin 24 tank və zirehli texnikası, 18 PUA, 8 artilleriya quğusu məhv edilib, 550-dən artıq itkisi var"-Müdafiə Nazirliyinin rəsmi xəbərində belə deyilir.

Cəbhə xəttində gedən döyüşlər və digər məsələlərlə bağlı Cebhe.info-nun suallarını deputat Aqil Abbas cavablandırıb.

-Aqil bəy, əvvəlcə baş verən hadisələrə və Azərbaycan Ordusunun əldə etdiyi nəticələrə münasibət bildirməyinizi istərdik...

-Müdafiə Nazirliyinin verdiyi rəsmi açıqlamalardan hər birimizin xəbəri var. Bundan başqa heç nə demək və yazmaq olmaz. Ordumuz irəliləyir, Füzuli istiqamətində 7 kənd işğaldan azad edilib. Əslində 9 kənddi, məndə olan məlumat bundan ibarədir. Artıq bizim ordu Füzuliyə dirənib. Bu da məlumdur. Digər istiqamətlərdə də bəzi yüksəkliklər azad olunub. Bundan başqa təzə nəsə deyə bilmərəm. Yalnız Müdafiə Nazirliyinə istinadən nəsə deyə bilərəm. Düşünürəm ki, bu döyüşlər sona qədər gedəcək.

“Rəsmi xəbərlərə inanmaq lazımdır”

-Hazırkı durumda informasiya təminatı və xəbərlərin yayılması prosesi necə aparılmalıdır?

-Mən həmişə demişəm, yenə də deyirəm ki, yalnız rəsmi xəbərlərə inanmaq lazımdır. Dezinformasiyalara, kiminsə dediyinə, yazdığını yox, rəsmi mənbələrə, hökumət və Müdafiə Nazirliyinə istinad etmək vacibdir. Onlar da tez-tez məlumatları verirlər. Möhtərəm Prezidentin köməkçiləri də brifinqlər keçirir. Yalnız o məlumatlara əsaslanmaq lazımdır. Qalan məlumatlara inanmaq və onları yaymaq məsləhət deyil.

“Öz problemimizi özümüz həll edəcəyik”

-Dünəndən başlayaraq bir sıra ölkələr, o cümlədən beynəlxalq təşkilatlara tərəfləri döyüşləri dayandırmağa, yenidən danışıqlar masasında oturmağa çağırır. 30 ildir davam edən münaqişədə danışıqların fayda vermədiyini, Ermənistanın sülh prosesini pozduğuna bizimlə yanaşı bütün dünya şahidlik edir. İndi belə mövqe tutmaları nə anlam daşıyır? Münaqişə həll olmursa, beynəlxalq təşkilatlar, ölkələr bizi hansı haqla sülhə çağıra bilir?

-Avropa qurumları və digər beynəlxalq təşkilatlar getsinlər öz işləri ilə məşğul olsunlar. İmkanları varsa, getsinlər öz problemləri ilə maraqlansınlar. Biz öz problemimizi özümüz həll edərik.

“Onlar terror siyasətindən əl çəkməyəcək”

-Bütün dünya bilir ki, işğalçılıq, terror rəsmi İrəvanın dövlət siyasətidir. Bizi sülhə çağıranlar Ermənistanı niyə bu siyasətindən vaz keçirə bilmir və ya keçirmir?

-İrəvan heç vaxt işğalçı, terror siyasətindən heç vaxt öz xoşuna əl çəkməyəcək. Biz onu əl çəkdirəcəyik. Beynəlxaq təşkilatlar da ermənilərə heç bir təzyiq göstərmir. Əksinə onların tərəfini saxlayır. Bunu hamı görür və bilir.

“İlahi ədalət bizim tərəfimizdədir”

-Aqil bəy, son olaraq Azərbaycan xalqına nə demək istəyirsiz?

-Azərbaycan işi haqq işidir. Mən bir Qarabağlı kimi, orada doğulan bir adam kimi bilirəm ki, ilahi ədalət bizim tərəfimizdədir.

Vilayət Muxtar

Cebhe.info


Oxunma sayı: 13608

Bizim Telegram səhifəmizi izləyin