hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Böyük Britaniya "soyuq müharibə" dövrünün təlimlərinə yenidən başlayacaq - SƏBƏB

Böyük Britaniya "soyuq müharibə" dövrünün təlimlərinə yenidən başlayacaq - SƏBƏB

Böyük Britaniya Hərbi Hava Qüvvələri Rusiya qanadlı raketlərinin Kalininqrad bölgəsində yerləşdirilməsi ilə bağlı təhlükə səbəbindən "soyuq müharibə" dövründəki təlimləri bərpa edəcək.

Cebhe.info "The Telegraph"-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Hərbi Hava Qüvvələrinin rəhbəri Mayk Uiqston deyib.

Məlumata görə, Uiqston bildirib: "Putinin öyündüyü qanadlı raketlər Kalininqrad bölgəsinə köçürülərsə, biz də əlçatan olacağıq"və daha sonra qeyd edib ki, London bu məsələyə "milli çağırış"kimi baxmalıdır".

Uiqstona görə, hərbi təlimlər hərbi təyyarələrin mülki hava limanlarına və magistral yollara endirilməsindən ibarət olacaq.

"Bu taktika ilə təyyarələrin vurulması çətinləşir", - deyə Uiqston vurğulayıb. Böyük Britaniya Hərbi Hava Qüvvələrinin başçısı bu taktikanın son 30 ildə ölkəsi tərəfindən tətbiq edilmədiyini söyləyib.

"Bu cür təlimlərdə, Tissayd, Sautend və Liverpul kimi kiçik hava limanlarından istifadə ediləcək", - deyə Uiqston əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Federasiyasının lideri Vladimir Putin ordu və donanmanın müxtəlif qanadlı raketlərlə təchiz edilməsinin vacib olduğunu elan etmişdi və Rusiyanın bu sahədə irəlilədiyini vurğulamışdı.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 606