hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Böyük güclərin dünyadan gizlətdiyi sirr: Peyvənd də tapıldı, koronavirus müəmması çözülmədi

Böyük güclərin dünyadan gizlətdiyi sirr: Peyvənd də tapıldı, koronavirus müəmması çözülmədi

Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun yaranmasını araşdıran komissiyasının əməkdaşlarını ölkəyə buraxmayıb.

Komissiya üzvlərinin səfərdə məqsədi koronavirusun yayıldığı iddia edilən Çinin Uhan şəhərində virusun meydana gəlmə səbəbini araşdırmaq olub. Bildirilir ki, dekabrın ortalarında Çin hakimiyyəti ÜST-nin nümayəndələrinin səfərinə razılıq vermişdi. Bu fakt “COVID-19”-un bioloji silah olması ilə bağlı iddialara əsaslı olması barədə fikirlər yaradır.

Qeyd edək ki, ötən il koronavirusun yeni növü yayılandan etibarən dünyanın müxtəlif ölkələrində onun bioloji silah olması fikirlər yer almaqdadır. Məsələn, İsrail parlamentinin deputatı Orli Levi-Abukasis da bu cür iddia səsləndirib.

Onun sözlərinə görə, koronavirus heyvandan insana ötürülən xəstəlik deyil, laboratoriyada hazırlanan bioloji silahdır: "O, əvvəlcədən hazırlanmış və testdən keçirilmiş bioloji məhsuldur".

Türkiyənin Səhiyyə Elmləri Universitetinin Tibbi KBRN (kimyəvi-bioloji-radioaktiv-nüvə) şöbəsinin müdiri, professor Levent Kenar da dünyanı cənginə alan COVID-19 virusunun laboratoriya şəraitində yaradılma ehtimalının olduğunu açıqlayıb. Türkiyəli professor bildirib ki, dünyada bioloji hücum olsaydı, elə bu qədər effekt yarada bilərdi:

“Bioloji silahın xüsusi tərifi var. İnsanları bilərəkdən öldürmək, xaos yaratmaq, ictimai həyatı məhv etmək, çaxnaşma, qorxu yaymaq məqsədi ilə istifadə olunan mikrobioloji maddələr. Bəzən irqi cəhətdən mikrobioloji maddələr də istehsal oluna bilər”.

Professor deyib ki, belə bir “uğurlu” bioloji silahın hazırlanması yüksək texnologiya və elm adamlarının iştirakı ilə mümkündür:

“Hava şəraitindən təsirlənmir, heç bir simptom olmadan ötürülə bilir. Xəstələrin 20-25 faizi heç bir simptom olmadan daşıyıcıya çevrilir. Ekvadordakı iqlim şəraitində Çində və İslandiyada meteoroloji şəraitdə yaşayır. Əslində bioloji silah üçün bir termin var: “Kasıbların atom bombası”. İstehsala baxsaq, nüvə silahının istehsalı həqiqətən baha başa gəlir. Bununla belə, bioloji silah istehsal etmək asandır və daha ucuzdur. Deyilənə görə, eyni effekti verə biləcək nüvə silahının dəyəri 2 min dollardırsa, bioloji silahın dəyəri 1 dollardır”.

Levent Kenar ABŞ, Rusiya, İngiltərə, Kanada və başqa ölkələrin kütləvi qırğın silahlarına hazır olduğunu düşündüyünü bildirib.

Azərbaycanlı reanimatoloq Kəmalə Namazova da koronavirusun bioloji silah olduğunu düşünənlər sırasındadır:

"Bu virus II (A) RH+ qan qrupuna aid insan üzərində sınandığı üçün yoluxma daha çox oldu. II qrup çoxluq təşkil edir və ölüm faizi də II qruplarda daha çox oldu. Araşdırma apardığım 3000-ə yaxın xəstədə ən yüksək göstəricilər belədir: Leykosit-56000, CRP-980, Prokalsitonin-73, D-Dimer 110000, ferritin-32000, LDH-4440, Trombosit-1200000. Tam əminliklə deyirəm ki, bu, bioloji silahdır. Toxumalarda kimyəvi yanıq törədir. Ən çox traxeyanın, bronxların selikli qişasını zədələdiyi üçün sanasiya zamanı baş verən aroziv qanaxmaların səbəbi məhz budur. Bundan başqa sanasiya və öskürmə zamanı xəstələrdən nekrozlaşmış ağciyər toxuması xaric olur”.

COVID-19-un bioloji silah olub-olmadığının nə vaxtsa dəqiq araşdırılıb-araşdırılmayacağı bəlli deyil. Çox güman ki, bu məsələ aydınlaşsa da, mövcud güclər istisna olmaqla, dünya içtimaiyyəti üçün bir sirr olaraq qalacaq. Milyonlarla insanın həyatını itirməsinin, milyonların xəstəlikdən, milyardların isə psixoloji, iqtisadi, sosial gərginlikdən əziyyət çəkməsinin məsuliyyətini heç kim öz boynuna götürməyəcək. Hələlik isə Çinin koronavirusun araşdırmaq istəyən ÜST nümayəndələrini ölkəyə buraxmaması dünya birliyinin bu ölkəyə qarşı tədbir görməsinə zəmin yaradır.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 4885

Bizim Telegram səhifəmizi izləyin