hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Böyük oyunda “erməni kartı"

Böyük oyunda “erməni kartı"

Ermənilərin xaricdəki sivil soydaşlarımıza qarşı törətdikləri terror aktlarının miqyası hər gün daha da böyüyür.

Belə ki, ABŞ, Rusiya, Gürcüstan və digər ölkələrdə yaşayan azərbaycanlıların erməni terroruna məruz qalma faktı getdikcə geniş vüsət alır.

Tarixən bizimlə haqsız yerə torpaq iddiasında olan ermənilərin açıq-aşkar, dünyanın gözü önündə bu zorakılığı törətməkdə məqsədləri nədir?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”ə açıqlamasında deyib ki, ermənilərin xaricdəki azərbaycanlılara qarşı terror törətməsi Rusiyanın planıdır:

“Burada təzə heç nə yoxdur. Əsrin əvvəllərində də ermənilər əvvəlcə bizə qarşı torpaq iddiası qaldırdılar, sonra erməni-müsəlman davası başladı və bu dava hər iki dövlətin sərhədlərindən kənarda davam etdi. Bu, Rusiyanın layihəsidir. Məqsəd, iki xalqı ərazi məsələsi ilə üz-üzə gətirmək, sonra da milli davaya çevirmək və nəticədə hər ikisini idarə etməkdir. Çox güman ki, bu qarşıdurma tezliklə dinlərarası davaya çevriləcək. Əgər qarşısı alınmasa, bu, bütün dünyaya təhlükə yaradacaq. Bir zamanlar ermənilər türk səfirlərinə qənim kəsilmişdi. Təxminən 30-dək Türkiyə səfiri öldürülmüşdü. Sonra türklər gördülər ki, başqa cür onların öhdəsindən gəlmək olmur, başladılar cavab olaraq ermənilərdən tanınmış şəxsləri öldürməyə. Nəticədə ermənilər dayandılar və bir də elə cinayət törətmədilər. Yəni bunların qarşısına çıxmaq lazımdır. Bu xalq çox həyasız, hiyləgər və qorxaqdır. Qarşılarından qaçsan, üstünə gələcəklər. Yeganə yolu odur ki, tutduğun yerdə ağızlarını əzəsən ki, sakitləşib otursunlar. Üstünə yumruqla gələnin qarşısına toxmaqla çıxmalısan. Onlara Dağlıq Qarabağda da, xaricdə də cavab vermək lazımdır. Əgər onların qarşısından qaçılarsa, bu terrora çevriləcək və daha ağır nəticələr verən qarşıdurmaya gətirib çıxaracaq. Ermənilər bilməlidirlər ki, ruslar onları “qurbanlıq quzu” kimi saxlayır. Ruslarla erməniləri birləşdirən heç nə yoxdur. Ruslar ermənilərin tamahlarından, əsassız “Böyük Ermənistan” xülyalarından istifadə edib, onları alət kimi istifadə edirlər. Ermənilər bunu həmişə gec başa düşüblər”.

Partiya sədri bəzi ekspertlərin “erməni terroruna qarşı hüquq çərçivəsində cavab vermək lazımdır” fikrini bölüşmür: “Dünyanın harasında müharibə başladan, hücum edən tərəflərə hüquqi yolla cavab verilir? Azərbaycan nə əcəb indiyədək Qarabağ məsələsində hüquqi prosedura müraciət etmir? Əgər bunun doğru yol olduğunu hesab edənlər öz fikirlərinə inanırlarsa, onda Dağlıq Qarabağ və Tovuz münaqişələrini beynəlxalq hüquq müstəvisinə çıxarsınlar. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı BMT-nin 4 qətnaməsi var. Ermənilə ona əməl etmir. Onun heç bir işləmə mexanizmi yoxdur. Məni vururlarsa, mən də vurmalıyam. Həm mülki, həm də beynəlxalq hüquqda özünümüdafiə hüququ var. Biz gözləməməlik ki, erməni vurub bizi öldürsün, biz də gedib onları öyrədənlərin qapısında durub şikayət edək. Müharibənin əleyhinə çıxanlar, ermənilərin terror aktlarına adekvat cavab verməyin düzgün olmadığını deyənlərin hamısı erməni-rus ittifaqının burdakı havadarlarıdır. Xocalıda da oxşar hadisələr oldu. Niyə Beynəlxalq Məhkəməyə müraciət etmədilər?

Kəlbəcərdə 8 uşağı helikopter doğramışdı. Niyə bu günədək həmin şəxslər məhkəməyə verilməyib? Niyə günahkarların açığa çıxarılması ilə bağlı heç bir hüquqi addım atılmayıb? Bunların hüquqdan danışması gülüncdür. Azərbaycanlıların həm beynəlxalq, həm də bölgə üzrə özünümüdafiə hüququ var. Əgər hər hansı bir erməni azərbaycanlının həyatına təhlükə yaradırsa, soydaşlarımız da adekvat cavab verməlidir. Başqa yolu yoxdur”.
Əli Bədir

Cebhe.info


Oxunma sayı: 16446