hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

BP-nin AÇG-dəki fəaliyyəti: 22 illik hasilat, 255 milyard gəlir

BP-nin AÇG-dəki fəaliyyəti: 22 illik hasilat, 255 milyard gəlir

“Bu gün "Çıraq" yatağından hasilatın başlanmasından 22 il ötür. BP şirkəti bu müddətdə həmin platformadan 99 milyon ton neft hasil edib”. 

Cebhe.info xəbər verir ki, bunu neft məsələləri üzrə ekspert İlham Şaban deyib. İ.Şaban qeyd edib ki, AÇG üzrə ən yüksək rentabellik (kapital qoyuluşunun əldə edilən neftə nisbəti) məhz "Çıraq" platformasında əldə edilib: 

“Bu platformaya, qazılan quyulara və sualtı infrastruktura çəkilən xərclər 1 milyard dollardan bir qədər artıq olub. Platformadan çıxan neftin gətirdiyi gəlir isə 50 milyard dollardan artıq olub. Müqayisə üçün: AÇG-dən hasil edilən neftin (3,6 milyard bareldən artıq) ümumi ixrac dəyəri isə 255 milyard dollar ətrafında olub. Hazırda "Çıraq" platformasında gündəlik 41 min barel ortalama neft hasil edilir. Platformada neft hasilatının illik pik dövrü 2005-ci ildə qeydə alınıb ki, o zaman gündəlik orta hesabla 143,5 min barel və ya 7,08 milyon ton neft hasil edilib”. 

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 386