hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Brüsseldə Rusiya-Ukrayna qaz məsləhətləşmələri keçirilir

Brüsseldə Rusiya-Ukrayna qaz məsləhətləşmələri keçirilir

Rusiya, Avropa İttifaqı və Ukrayna nümayəndələri Brüsseldə üçtərəfli qaz məsləhətləşmələrinə başlayıb. 

Cebhe.info xəbər verir ki, əsas mövzu Rusiyadan Avropaya qaz nəqlinə dair müqavilənin uzadılması olacaq. 

İclasda Rusiya tərəfdən Enerji naziri Aleksandr Novak və “Qazprom”un rəhbəri Aleksey Miller, Ukrayna tərəfdən enerji və ətraf mühit naziri Aleksey Orjel və “Naftoqaz”ın sədri Andrey Kobolev iştirak edir. 

Avropa İttifaqını Avropa Enerji İttifaqı işləri üzrə sədr müavini Maros Şefkoviç təmsil edir.

Bildirilib ki, Kiyev Moskvaya 10 il müddətinə yeni tranzit müqaviləsi bağlamağa dəvət etmək niyyətindədir. Mövcud sazişin müddəti 2019-cu ilin sonunda başa çatır.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın Baş naziri Aleksey Qonçaruk danışıqların çətin olacağını söyləmişdi.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 804