hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Britaniya Rusiya ilə müharibəyə hazırlaşır

Britaniya Rusiya ilə müharibəyə hazırlaşır

Britaniya hakimiyyəti Rusiya ilə müharibə olacağı təqdirdə orduda genişmiqyaslı transformasiyalar çərçivəsində qoşunların bir hissəsini və yüzlərlə hərbi texnikanı Almaniyaya köçürməyi planlaşdırır.

Cebhe.info xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Quru Qoşunlarının komandanı general-leytenant Ralf Vuddis nəşrə bildirib ki, London Qərbi Almaniya, Keniya və Omanda yeni hərbi bazalar yaradacaq. Onun sözlərinə görə, bu obyektlər ölkənin mümkün silahlı münaqişələrə hazırlaşmasına kömək edəcək:

"Mən Almaniyaya xüsusi diqqət yetirirəm, zirehli texnikamızın əhəmiyyətli bir hissəsini oraya köçürəcəyik ki, lazım olarsa, qitənin quru hissəsində istənilən yerə daha sürətli hərəkət edə bilək".

“The Times” qəzetinin yazdığına görə, yeni bölmələrə “Challenger 3” tankları, “Boxer” zirehli transportyorları, minalardan təmizləmə avadanlığı, pilotsuz uçuş aparatları və artilleriya qurğuları daxil olacaq.

Xatırladaq ki, noyabrın 14-də Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Nik Karter Rusiyanın öz məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə hazır olduğunu, lakin əsl müharibəyə başlamaq istəmədiyini bildirib. Onun fikrincə, Kreml istədiyini hərbi əməliyyatlarla deyil, müxtəlif qlobal strategiyalardan istifadə etməklə, “daha incə şəkildə” əldə etmək niyyətindədir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 716